MN: “Ordumuzun bölmələrinin guya qarşı tərəfə atəş açması barədə məlumat tamamilə yalandır”backend

MN: "Ordumuzun bölmələrinin guya qarşı tərəfə atəş açması barədə məlumat tamamilə yalandır"

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 26-sı saat 21:30-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə KONKRET.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*