Moldovadan Rusiyaya qarşı SƏRT ADDIM: XİN hərəkətə keçdibackend

Moldovadan Rusiyaya qarşı SƏRT ADDIM: XİN hərəkətə keçdi

Rusiya səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerov dünən baş verən dron hadisəsindən sonra çağırılıb.

Nazirlik vurğulayıb ki, Kişinyov bir neçə dron tərəfindən Moldova hava məkanının kobud şəkildə pozulmasını, o cümlədən Floreşti rayonunun Nijnii Çuhureşti kəndində birinin qəzaya uğramasını qətiyyətlə pisləyir.

Ölkənin Xarici İşlər Nazirliyi bildirib ki, bu hadisə vətəndaşların təhlükəsizliyi üçün ciddi təhdid yaradır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*