
Monqolustanın paytaxtı Ulan-Batorda yenilik baş verib.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Ulan-Batorda 24 saat işləyən aptekdə artıq həkim də növbə çəkəcək. Monqolustanda ilk ixtisaslaşmış aptek eyni zamanda tibbi xidmət də göstərəcək. “Əczaçılıq klinikası” adlanan konsepsiya ABŞ-da və digər ölkələrdə çoxdan var. Amma Monqolustanda bu aptek ilkdir. Təcili tibbi məsləhət verən aptek klinikası ailə həkimləri, ümumi praktiki həkimlər və yaxın gələcəkdə mütəxəssisləri müvafiq avadanlıqla təmin edəcək.
Soyuqdəymə və qripə yoluxma hallarının çox olması səbəbi ilə aptekə pediatrlar yönəldiləcək.
