Moskvanın Vnukova, Domodedovo və Şerementyevo hava limanlarında 60-dan çox reys gecikir və ya ləğv edilib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumat “Yandeks.Cədvəl” portalında yerləşdirilib.
Məlumata əsasən, Vnukova hava limanında 20 reys gecikir və 1 reys ləğv edilib.
Şerementyevoda və Domodedovoda isə ümumilikdə 28 reys gecikmə ilə həyata keçiriləcək, 3 reys ləğv edilib.
Jukovski hava limanındakı uçuşlarda isə gecikmə və ləğvetmə yoxdur.
