“Moskva görüşü İlham Əliyevin növbəti qələbəsindən xəbər verir” – AÇIQLAMAbackend

“Moskva görüşü İlham Əliyevin növbəti qələbəsindən xəbər verir" - AÇIQLAMA

“Cənab prezident yanvarın 11-də baş tutan görüşə qalib ölkənin başçısı, müharbə tarixində qısa müddət ərzində möhtəşəm qələbə əldə edən güclü Ali Baş Komandan kimi qatılmışdı”.

Bunu Moskva görüşünü şərh edərkən fikirlərini KONKRET.az-la bölüşən deputat Aqil Abbas bildirib.

Deputat qeyd edib ki, Dağlıq Qarabağ artıq Azərbaycanın tarixi torpaqlarıdır: “Rusiya sülhməramlılarının da işləri bitdikdən sonra çıxıb gedəcəklər. Artq Dağlıq Qarabağ münaqişəsi adlı bir problem yoxdur. Biz bunu Nikol Paşinyanın son açıqlamasında da gördük. Naxçıvana dəmir və avtomobil yolunun açılması vacibdir. Bu məsələ 11 yanvar bəyanatında da yer alıb. Bununla bağlı işçi komissiyası da yaradılıb. Onlar layihələrini təqdim edəcək və tikinti işlərinə başlanılacaq. Bunun üçün də martın 1-nə qədər zaman verilib”.

Deputat vurğulayıb ki, rus sülhməramlılarının işində olan müəyyən səhvlərlə bağlı fikirlərini cənab prezident Rusiyaya getməmişdən öncə, yanvarın 6-da keçirdiyi 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə də qeyd edib: “Yəqin ki, bu məsələ yanvarın 11-də baş tutan üçtərəfli görüşdə səsləndirilib. Cənab prezident Rusiya sülhməramlıları ilə bağlı sözünü əvvəlcədən deyib getmişdi. Ondan bir gün sonra da Rusiyanın prezidenti güc strukturlarını yığıb, Qarabağ məsələsini müzakirə etdi. Üçtərəfli görüşdə bütün detallar açıqlanmasa da, bir onu bilirəm ki, Rusiya sülhməramlıları yerində otuzdurulub”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*