“Moskva” kreyserinin batması və 452 ekipaj üzvünün ölümünə görə admiral HƏBS EDİLDİbackend

"Moskva" kreyserinin batması və 452 ekipaj üzvünün ölümünə görə admiral HƏBS EDİLDİ

“Moskva” gəmisinin batmasının günahkarı kimi admiral İqor Osipov həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov Facebook-da yazıb. O bildirib ki, Rusiyanın Qara dəniz donanmasının komandanı, admiral İqor Osipov “Moskva” gəmisinin batmasının günahkarı kimi FSB tərəfindən həbs olunub.

Ponomaryovun verdiyi məlumata görə, “Moskva” gəmisinin  510 nəfərlik ekipaj üzvündən yalnız 58 nəfər xilas olunub.

Həmçinin bildirilir ki, Rusiya Federasiyasının Qara Dəniz Donanmasının komandiri admiral İqor Osipov həbs edilib.

“Belə mühüm gəminin sıradan çıxması Rusiya Hərbi Dəniz Qüvvələri üçün ciddi biabırçılıqdır və bir çox cəhətdən ukraynalıların döyüş ruhunu yüksəldəcək. Çünki Donbasda güclü döyüş gedir. Ukraynanın belə zərbə endirilməsi Putinin xoşuna gəlmir”, -deyə o yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*