Moskvada hərbi xidmətdən qaçan 16 Ermənistan vətəndaşı SAXLANILDIbackend

Moskvada hərbi xidmətdən qaçan 16 Ermənistan vətəndaşı SAXLANILDI

Moskvada hərbi xidmətdən qaçan 16 Ermənistan vətəndaşı saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Moskvada polis nəzarət kameralarından istifadə edərək vətənlərində xidmətdən yayınan ondan çox Ermənistan vətəndaşını izləyərək saxlayıb.

Onun sözlərinə görə, 16 əcnəbi öz ölkəsində hərbi xidmətdən və hərbi təlimdən yayındıqlarına görə dövlətlərarası axtarışa verilib.

Ermənilər şəhərin müxtəlif yerlərində, əsasən, paytaxtın metro stansiyalarında yaxalanıb.

Onların hamısı hazırda həbsdədir və ağır cəza gözləyir.

Ermənistanda “Məcburi hərbi xidmətdən, təlim düşərgələrindən və ya səfərbərlikdən boyun qaçırma” maddəsi ilə iki ilədək həbs cəzası nəzərdə tutulur.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*