Moskvada Qələbə paradında yalnız bu ölkə lideri İŞTİRAK EDƏCƏKbackend

Moskvada Qələbə paradında yalnız bu ölkə lideri İŞTİRAK EDƏCƏK

Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək Qələbə paradında yeganə xarici lider kimi Qırğızıstan Prezidenti Sadır Japarov iştirak edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Vedomosti” nəşri diplomatik mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Sadır Japarov martın 31-də hökumətdə beynəlxalq əlaqələrə nəzarət edən baş nazirin müavini Aleksey Overçukdan Rusiyaya səfərə dəvət alıb.

Nəşrin həmsöhbəti bildirib ki, Qırğızıstan Prezidentinin səfəri zamanı həm də yüksək səviyyəli danışıqlar gözlənilir.

Qeyd edək ki, Vladimir Putin və Sadır Japarov sonuncu dəfə 2022-ci ilin dekabrında görüşüb.

Xatırladaq ki, 2022-ci ildə Vladimir Putin heç bir xarici dövlət başçısını Qələbə Günü münasibətilə Moskvaya dəvət etməyib. 2021-ci ildə isə Moskvada keçirilən paradda yalnız Tacikistan Prezidenti Emoməli Rəhmon iştirak edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*