Moskvadan Bakıya, İrəvana, İstanbula və ən yaxın reyslərə BİLET QURTARDIbackend

Moskvadan Bakıya, İrəvana, İstanbula və ən yaxın reyslərə BİLET QURTARDI

Moskvadan Bakıya, İrəvana, İstanbula və ən yaxın reyslərə biletlər bitib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Moskvadan Bakı, İstanbul, İrəvan və yaxın ölkələrin digər şəhərlərinə uçuşlar üçün aviabiletlər qurtarıb.

Aviasales xidmətinin məlumatına görə, Moskvadan İstanbula birbaşa uçuş üçün bileti indi sentyabrın 23-dən tez əldə etmək mümkün deyil. Bletin qiyməti 76 min rubl (2039 man.) təşkil edir.

“Aeroflot”dan Bakıya birbaşa uçuş üçün bileti də sentyabrın 23-dən gec olmayaraq və 74,5 min rubla (2000 man.) almaq olar.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*