“Moskvaya güclü, yoxsa zəif Ermənistan lazımdır?” –  Rusiyalı ekspertin şərhibackend

"Moskvaya güclü, yoxsa zəif Ermənistan lazımdır?" -  Rusiyalı ekspertin şərhi

“Rusiya xüsusi hərbi əməliyyatla bağlı təhlükəsizlik sistemində ortaya çıxan bütün problemləri ilə heç kimə lazım olmayan bir ölkədir”.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin sədri, politoloq Fyodor Lukyanov deyib.

Onun sözlərinə görə, istənilən vəziyyətdə Rusiya, ilk növbədə, özünə arxalanır və onun daxili resursu çox böyükdür.

“Sizcə, Rusiyaya Ermənistan, Gürcüstan və başqa bu kimi ölkələr lazımdırmı?… Bu həm lazımdır, həm də deyil. Çünki, Rusiya istənilən vəziyyətə uyğunlaşacaq”, – deyə ekspert əlavə edib.

Lukyanovun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazda yeni gərginlik və qarşıdurma mənbəyinə ehtiyacı yoxdur.

“Rusiya Federasiyasının yaxşı münasibətdə olduğu İran var. Əgər Ermənistan zəifdirsə, bu o deməkdir ki, Rusiya zəif Ermənistanla bu və ya digər şəkildə qarşılıqlı əlaqədə olacaq. Əgər Ermənistan güclüdürsə, bu o deməkdir ki, Rusiya güclü Ermənistanla fərqli şəkildə qarşılıqlı fəaliyyət göstərəcək”, – ekspert qeyd edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*