“Motsart deyiləm, Rüfətəm”backend

"Motsart deyiləm, Rüfətəm"

Meyxanaçı Rüfət Nasosnu Əməkdar artist Elza Seyidcahanın onun ifasını tənqid etməsinə sərt reaksiya verib.

KONKRET.az xəbər verir ki, ifaçı “Xəzər axşamı” verilişində müğənninin ünvanına sərt sözlər deyib:

“Bir müğənni deyir ki, onun adını çəksəm reklam olar. Amma mən onun adını çəksəm onun üçün fəxr olar. Qadındır, ancaq xanımlıq etmir. İki verilişdə mənim mahnımı səsləndirib, ağzımı əyib. “Yarə, yarə” mahnımı “tsarə, tsarə” oxuyub. Özünə hörmət edən adam kiminsə ağzını əyməz. Olmaz. Mən Bax, Motsart deyiləm, Rüfətəm. Özümə uyğun mahnılar bəstələyirəm, sözünü də özüm yazıram”.

Əvvəlcə Seyidcahanın aını çəkmək istəməyən Rüfət studiyadakıların “Söhbət Elza Seyidcahandan gedir” sözünü təsdiqləyərək bunları əlavə edib:

“Həmin xanıma demək istəyirəm ki, bəstəkarlıq fakültəsini bitirmisiniz, amma necə daxil olmağınız bilinmir. Maraqlı da deyil. Qramatika cəhətdən mənimlə mübahisə etmək iqtidarında deyilsiniz. Ali təhsilliyəm, ikinci universitetə də daxil olmuşam. Təhsilim, savadım var. Mənə tələffüzdə səhv tuta bilməzsən. Siz və sizin kimi düşünənləri çəkisi üçün deyil məndə səhv tutasınız”.

Qeyd edək ki, E.Seyidcahan “Baxırsan ki, meyxanaçıdır adını “söz xiridarı” qoyub, amma “ç” hərifi ilə olan sözləri ifadə edəndə “ts” deyir. “Çarə” sözünə “tsarə” deyir. Əgər sənin dilində və nitqində qüsur varsa, səni efirə buraxmamalıdırlar. O bahalı avtomobil və ona bahalı nömrə, ev alan meyxanaçıdan xahiş edirəm: Sizin böyük dinləyici kütləniz var, onları səhv tələffüsünüzlə pozmayın. Misal üçün, sizi sevən gənclər “canım” sözünə “dzanım”, “çarə” sözünə isə “tsarə” deyəcəklər. Söyləyəcəklər ki, bu meyxanaçı bahalı avtomobil sürüb, bahalı paltar geyinir və “çarə”yə “tsarə” deyir, qoy mən də o sözü elə deyim” açıqlamasını verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*