Mövlud Çavuşoğlu: “Gələcəkdə hər şey yoluna düşsə, Ermənistanın səfirliyi də açıla bilər” – VİDEObackend

Mövlud Çavuşoğlu: "Gələcəkdə hər şey yoluna düşsə, Ermənistanın səfirliyi də açıla bilər" - VİDEO

“Gələcəkdə hər şey yoluna düşsə, Ermənistanın səfirliyi də açıla bilər”.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu danışıb. Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasını müzakirə etmək üçün xüsusi nümayəndələrin təyin olunması ilə bağlı Çavuşoğlu deyib:

“Biz bütün məsələləri Azərbaycanla razılaşdırıb, birgə qərar qəbul edirik. Biz səfirlər yox, xüsusi nümayəndələr təyin edirik. Gələcəkdə hər şey yoluna düşsə, Ermənistan keçmişdən dərs aldığını göstərsə, sülh və əmin-amanlığa üstünlük verərsə, normallaşma prosesində böyük elçilik də ola bilər. Biz Azərbaycanla birlikdə bu məsələ ilə bağlı qərar qəbul edəcəyik”.

Xuraman Etibarlı, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*