Mövlud Çavuşoğlu Pakistana səfər etdibackend

Mövlud Çavuşoğlu Pakistana səfər etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclasında iştirak etmək üçün Pakistana səfər edib.

KONKRET.az xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri bu barədə özünün tviterdəki səhifəsində bildirib.

“İslam Əməkdaşlığı Təşkilatının Əfqanıstan üzrə Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək və ikitərəfli təmaslar aparmaq üçün qardaş Pakistandayıq”, – deyə M.Çavuşoğlu sosial şəbəkədəki hesabında yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*