Mövlud Çavuşoğlu Sumqayıtda – FOTObackend

Mövlud Çavuşoğlu Sumqayıtda - FOTO

Azərbaycanda səfərdə olan Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Sumqayıtda açılış mərasimində iştirak edib.

KONKRET.az Xeberle.com-a istinadən xəbər verir ki, bu gün Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu “Ziraat Bank Azərbaycan” ASC-nin Sumqayıt filialının açılışında iştirak edib.

Açılış mərasimini bildirən rəmzi qırmızı lent kəsilib. Sonra M. Çavuşoğlu Sumqayıt filalının yerləşdiyi binada olan şəraitlə tanış olub, bankın əməkdaşları ilə söhbət edib.

Bildirilib ki,  filialın fəaliyyəti ölkə iqtisadiyyatının və ölkələr arasındakı xarici ticarətin inkişafı ilə iqtisadi əlaqələrin güclənməsinə öz töhfəsini verəcək.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ali qonağa şəhərlə bağlı hədiyyələr təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*