Mövlud Çavuşoğlu Yunanıstanın Xarici İşlər naziri ilə görüşdübackend

Mövlud Çavuşoğlu Yunanıstanın Xarici İşlər naziri ilə görüşdü

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yunanıstanlı həmkarı Nikol Dendiasla Slovakiyanın paytaxtı Bratislavada görüşüb.

KONKRET.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, nazirlər Aralıq dənizinin şərqindəki vəziyyəti, Kipr adası ətrafında meydana gələn anlaşılmazlığı müzakirə ediblər.

Görüşdə nazirlərin Azərbaycan Ordusunun Qarabağda torpaqları azad etmək üçün həyata keçirdiyi əks-hücum əməliyyatı ilə əlaqədar məsələlərlə bağlı fikir mübadiləsi etdikləri də ehtimal olunur.

Qeyd edək ki, Azərbaycan Yunanıstandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*