MSK Aygün Attarla bağlı şikayətə baxdı – LƏĞV EDİLSİNbackend

MSK Aygün Attarla bağlı şikayətə baxdı - LƏĞV EDİLSİN

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün parlament seçkiləri ilə bağlı iclas keçirir.

Trend-in məlumatına görə, iclasda seçkilərlə bağlı müraciətlərə, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının müraciətinə baxılır.

Qeyd edək ki, fevralın 11-də ATƏT/DTİHB fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya məktub daxil olub. Missiya rəhbəri müraciət edib ki, müşahidəçilərdən biri – Aygün Attarın akkreditasiyası ləğv edilsin.

Müzakirələrdən sonra MSK tərəfindən Aygün Attarın akkreditasiyası ləğv edilməsi məsələsi səsverməyə çıxarılıb və qəbul edilib.

Hazırda MSK-nın iclası davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*