MTRŞ “Space TV” ilə bağlı qərar qəbul etdi – İCLASbackend

MTRŞ “Space TV” ilə bağlı qərar qəbul etdi - İCLAS

11 yanvar 2021-ci il tarixdə Milli Televiziya və Radio Şurasının video formatda iclası keçirilib.

KONKRET.az xəbər verir ki, iclasda “Space Müstəqil Teleradio” MMC-nin “Space” televiziya kanalının HD siqnal ilə yayımlanması üçün Milli Televiziya və Radio Şurasına müraciətinə baxılıb.

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 11.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Milli Televiziya və Radio Şurası “Space” televiziya kanalının (Space TV) Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü TV yayım kanalında HD formatında yayımlanması barədə qərar qəbul edib. /Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*