Bir qrup antropoloq müasir qadının çətin doğuş səbəblərini müəyyən edib. Konkret.az xəbər verir ki, alimlərin gəldiyi ümumi və yekdil rəyə görə, müasir qadınlarda doğuş, bir qayda olaraq, ağrılıdır və olduqca uzun çəkir, hətta həkim nəzarəti olmadan o, dünyaya övlad gətirə bilmir.
Alimlərə görə, əvvəlki əsrlərdə qadınlar daha asan doğmaq iqtidarında olub. Doğrudur, keçmiş əsrlərdə doğuş zamanı ölüm hallarının sayı daha çox olub. Amma bu, doğuşla birbaşa bağlı olmayıb. Tibbin inkişaf etməməsi və digər səbəblər ana olmağa hazırlaşan qadınların həyatını yarımçıq qoyub. El dilində desək, analar at üstündə, hətta köməksiz vəziyyətlərdə belə doğuşu rahat keçiriblər.
Elm adamlarının bir versiyasına görə, müasir qadınlar hərəkətsiz olur, düzgün qidalanmır, ağır psioxoloji vəziyyətlərə düşürlər. Antropoloji qrupun üzvü və tədqiqatçısı Natali Laudiçina bir qədər başqa fikirdədir. O deyir ki, indiki Cənubi Afrika ərazisində 1.95 milyon il əvvəl yaşamış Avstralopitek doğuş prosesini çox asan keçirib. Çünki dölün ananın doğum kanallarından çıxması üçün lazımi qədər geniş yolu olub. Nataliyə görə, indi vəziyyət tamam fərqlidir. Ana bətnində formalaşan döl 9 aydan sonra lazım olduğu həcmdə olmur, uşağın baş və çanaq hissəsi standart formadan böyük
Ona görə də doğum halları zamanı qadınlar çox fiziki ağrılar keçirir, tibbi yardım olmasa, bəzən daha ağır vəziyyətə düşürlər.
KONKRET.AZ