Mübariz Qurbanlı: “Qarabağdakı məscidlərə din xadimləri təyin olunacaqlar”backend

Mübariz Qurbanlı: “Qarabağdakı məscidlərə din xadimləri təyin olunacaqlar”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı azad edilən ərazilərdəki məscidlərə din xadimlərinin təyin olunması məsələsinə münasibət bildirib.

KONKRET.az-ın xəbərinə görə, Dövlət Komitəsinin sədri jurnalistlərə açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərdə məscidlərin restavrasiyası və yeni məscidlərin tikintisi tam sürətlə davam etdirilir:

“Əminəm ki, bütün bu proses başa çatdıqdan sonra, həmçinin həmin ərazilərə vətəndaşlarımız qayıtdıqca həmin məscidlərə din xadimlərinin təyin olunması həyata keçiriləcək”, – M.Qurbanlı əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*