Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə sürücü vəzifələrində xidmət etmək (işləmək) üçün C, D və E kateqoriyalı sürücülər tələb olunur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, 50 yaşınadək olan mülki şəxslər, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (uyğunsuzluqla ehtiyata buraxılanlar istisna omaqla), həmçinin ehtiyatda olan hərbi vəzifəlilər Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə müraciət edə bilərlər.
Tələb olunan sənədlər:
– C, D və ya E kateqoriyalı sürücülük vəsiqəsi;
– şəxsiyyət vəsiqəsinin surəti;
– hərbi biletin surəti;
– tərcümeyi-hal;
– rəngli fotoşəkil (2 ədəd 3×4 və 2 ədəd 4.5×6 sm ölçüdə);
– qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklərin olmaması barədə) arayış.
Sənəd qəbulunun həyata keçiriləcəyi ünvan: Biləcəri qəsəbəsi, X.Natəvani küçəsi 1. (Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsi)
Müraciət etmə vaxtı: həftəiçi (bazar və bayram günlərindən başqa) saat 09:00-dan 18:00-dək, şənbə günləri saat 09:00-dan 13:00-dəkdir.
indi normal dolanmaq üçün maaş 1500+ olmalıdı.çunki her yer qiymətder od tutub yanir.verirse o maaşı gedek biz B,C,D,,var.
Maaşı nə qədərdi 1000-1500azn olsa gedərəm kat.B.C.D.E
Mas.1500olsa.kelb.isdeyerem.
Deyecey 1500 manat maaş verilir ayın axırı gelende onun 600-700 manatını silib 700-800 manat maaş vereceyler 😂 bu ograşlar beledi XTQ de işleyen oqeder tanış var hamısı 1700 manat maaşdan ayın azırı 700-800 manat maaşlarını güc belaynan ala bilir biqeyretler camahatın haqqını yeyir Herbiden uzag olun ordan gelen xeyir düşmennen gelsin
Deqiq olmaz sizin melumat sevh olar
Maaşı deyərdiniz zəhmət olmasa.
Elani veren maasi niye yazmirlar
Hərbiyə gedənin ağılı yoxdur. 5000 azn versələrdə getmərəm. Gedən yoxdur deyə özləri yalvarır.
Əmək haqqı nə qədərdi