Müğənnidən qalmaqallı açıqlama: “Cinsi təcavüzdə qadınların da günahı olur”backend

Müğənnidən qalmaqallı açıqlama: "Cinsi təcavüzdə qadınların da günahı olur"

Rus müğənni İrina Dubçova təcavüzdə çox vaxt qadınların özlərinin günahkar olduğunu bildirib. KONKRET.az “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, bu barədə müğənni özü bildirib.

Sənətkarın dediyinə görə, çox vaxt kişilərin təcavüzünə qadınlar özləri şərait yaradır. İfaçı vurğulayıb ki, “əgər kişi düzgün davranmağa başlamazsa, özünüzü gülərüzlə aparmalı və nəzakətlə cavab verməlisiniz. Əgər əks cinsin nümayəndəsi israrlıdırsa, onda cavab belə olmalıdır: “Mən azad deyiləm, sevgilimm var və sənə də eyni şey arzulayıram”.

Dubçova açıq-saçıq geyinən və alt paltarlarının göründüyü şəffaf paltarlarla gəzən qadınları sərt tənqid edib. Onun sözlərinə görə, xanımların belə geyimi kişilərdə seksual hisslərin qabarmasına səbəb olur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*