Mühafizəçi narkotik vasitənin təsirindən dünyasını dəyişdi
618
Nabranda yerləşən “EL FORA” istirahət mərkəzinin mühafizəçisi xidmətdə olan zaman dünyasını dəyişib. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, dünyasını dəyişən şəxs Siyəzən rayon sakini 1981-ci il təvəllüdlü Orucov İskəndər Rafik oğludur. O narkotik vasitə qəbul edən zaman halı pisləşib və qəfildən keçinib. Meyit müayinə olunması üçün Xaçmaz rayon morquna gətirilib. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.