“Müharibə! Qismən səfərbərliyə hazır olun!” – Jirinovskinin ÖNCƏGÖRƏNLİYİ – VİDEObackend

"Müharibə! Qismən səfərbərliyə hazır olun!" - Jirinovskinin ÖNCƏGÖRƏNLİYİ - VİDEO

Jirinovski 2015-ci ildə Rusiyada müharibə və səfərbərlik barədə dəqiq proqnozlar verib.

KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə 2015-ci ildə Vladimir Jirinovskinin Rusiyada müharibə və qismən səfərbərliklə bağlı proqnozunu əks etdirən video yayılıb.

“Müharibənin səbəbi nəhəng kapitalların, trilyonlarla dollarların, sərmayənin xərclənməyə yerinin olmaması olacaq. Yeganə yol Avropanın hansısa hissəsində müharibəyə başlamaq, sonra isə yeni Marşal planı işə düşür. Müharibə! Qismən səfərbərliyə hazır olun!”, – deyə Liberal Demokrat Partiyasının mərhum lideri bildirib.

Xatırladaq ki, Jirinovski 2021-ci ilin sonunda Ukrayna ilə müharibənin başlama tarixini dəqiq proqnozlaşdırmışdı.

Jirinovskinin 6 aprel 2022-ci ildə koronavirusdan dünyasını dəyişib.

Ukraynada müharibə 211 gündür davam edir.

Hazırda Rusiyada qismən səfərbərlik elan olunub. 300 min ehtiyatda olan əsgərin çağırışı nəzərdə tutulub.

Ukraynada və Qərbdə bu qərar Putinin planlarının iflasa uğradığını və cəbhədəki məğlubiyyətlərini etiraf etməsi kimi qiymətləndirilib. Putin həmçinin bildirib ki, Rusiya Federasiyası “referendumlardan” sonra Ukrayna ərazilərini öz tərkibinə qatmaq niyyətindədir.

Rusiya danışıqlar qrupunun üzvü Slutski deyib ki, onlar keçirildikdən sonra Ukrayna ilə hər hansı danışıqlardan söhbət gedə bilməz.

Xuraman Etibarlı,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*