Rusiya telekanalının efirində Rusiya-0Ukrayna müharibəsini şərh edən aparıcı gülməli müqayisəsi ilə gündəmə gəlib.
KONKRET.az xəbər verir ki, Rusiya telekanalının efirində canlı yayım zamanı verilişin aparıcısı Ukraynadakı hadisələri şərh edib. Müharibənin nə ilə nəticələnə biləcəyi, Zelenskinin taleyi barədə təxminlər edən aparıcı ermənilərin yaralı yerinə toxunub.
O, Zelenskinin danışıqlara gedərsə, hakimiyyətdə qala biləcəyini və marionetə çevrilə biləcəyini deyib. Və Paşinyanı misal çəkib.
“Zelkenski danışıqlara gedərsə, şərtlərlə razılaşarsa, hakimiyyətdə də qala bilər, marionet kimi, Paşinyan Ermənistanda olduğu kimi”, – deyə aparıcı erməniləri qəzəbləndirsə də, şərhçilərin gülüşünə səbəb olub.
Xuraman Etibarlı,
KONKRET.az