“Müharibənin olmaması sülh demək deyil” – Sekutabackend

"Müharibənin olmaması sülh demək deyil" – Sekuta

Biz Ukraynada ərazi bütövlüyü, müstəqillik, demokratik prinsiplərin olmasını dəstəkləyirik. Onu da düşünməliyik ki, müharibənin olmaması sülh demək deyil.

KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta Real TV-yə müsahibəsində deyib.

O bildirib ki, Rusiyanın sərhəddə minlərlə hərbçisi və yaylım atəşləri ilə hərbi təlimlər keçməsi çox narahatedici məsələdir:

“Xatırlamalıyıq ki, Rusiya vaxtilə Krımı ilhaq etdi. Məncə, Azərbaycan öz ərazi bütövlüyü, müstəqilliyini qorumaq kimi məqamlarda daha həssasdır. Amma bu, çox mürəkkəb və təhlükəli vəziyyətdir. İnanıram ki, bu gərginlik diplomatik danışıqlar sayəsində sülhlə nəticələnəcək”./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*