Müqəddəs yerdə ölənlər cənnətə düşür? — İlahiyyatçı o videodan danışdıbackend

Müqəddəs yerdə ölənlər cənnətə düşür? — İlahiyyatçı o videodan danışdı

Ata və oğulun ziyarətgahlardan birində olduğu zaman yaşadığı hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Yayılan görüntülərdə oğulun atasını boğmağa çalışdığı görünür. İddialara görə, onun bu hərəkətinə səbəb atasının ziyarətgahda ölməsi və bununla cənnətə gedəcəyinə inanması olub. Hadisə dini inanclarla bağlı bir sıra sualların yaranmasına səbəb olub.

Bəs xüsusi ziyarətgahlarda və ya müqəddəs hesab olunan məkanlarda ölmək insanın cənnətə düşməsinə səbəb olurmu? İslam dinində insanın hansı məkanda vəfat etməsi onun axirətdəki aqibətinə təsir edirmi?

KONKRET.az xəbər verir ki, dinşünas Tural İrfan Demokrat.az-a söyləyib ki, İslam dininə görə müqəddəs hesab olunan yerlərdə ölmək birbaşa cənnətə düşmək kimi qəbul olunmur:

“Cənnətə düşmək üçün Quranda ilahi meyarlar var. Öncə imanı, sonra əməli ilə insan o ali məqamı qazana bilər. Çoxsaylı ziyarətlərə gedən adamlar var ki, əməlləri onu cəhənnəmə aparır. Eyni zamanda, çoxsaylı adamlar da var ki, ziyarət etməyə maddi imkanı olmasa da, iman və əməl zənginliyi onu cənnətə aparır. Ziyarət etmək savabdır, lakin insanın birbaşa sorğu-sualsız cənnətə düşməsinə əsas deyil. Adam öldürmək böyük günah və eyni zamanda cinayətdir. Xüsusən ziyarətgahlarda, müqəddəs yerlərdə bu əməli törətmək daha ağır günah və böyük cinayətdir”.

Tural İrfan vurğulayıb ki, Qurana və Peyğəmbərin ənənəsinə görə, hətta Kəbə ətrafında heyvan və həşəratlara belə toxunmaq, bitkiləri əzmək olmaz:

“Elə yerlərdə vəfat etməyə sadəcə xoş baxılır. Lakin bu o demək deyil ki, kimsə kimisə orada boğub öldürməlidir. Bu düşüncə tamamilə yanlışdır. Eyni zamanda, mövhumatdır. Müqəddəs hesab olunan yerlərdə savaşmaq, münaqişə etmək, kiməsə xəsarət yetirmək haram və qadağandır. Kiminsə cənnətə düşməsi üçün o yerlərdə qətlə yetirilməsi, yaxud hər hansı üsulla ölümünə şərait yaradılması böyük günah və haramdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*