Musa Kesler: “Atasının yolunda! “Taliban”a qarşı II Pəncşir Aslanı”backend

Musa Kesler: “Atasının yolunda! “Taliban”a qarşı II Pəncşir Aslanı”

“Taliban”a təslim olmayan yeganə bölgənin lideri Əhməd Məsud kimdir?

 

KONKRET.az xəbər verir ki, Əfqanıstanın Milli qəhrəmanı, Şimal Alyansın lideri, “Pəncşir aslanı” Əhməd Şah Məsudun oğlu Əhməd Məsudun silahlı dəstələri “Taliban” tərəfindən nəzarət edilməyən sonuncu bölgəsi olan Pəncşirdə müqaviməti davam etdirirlər. Bu bölgə heç vaxt nə Taliban, nə də sovetlər tərəfindən işğal edilməyib. Mərhum səhra komandiri Əhməd Şah Məsudun oğlu atasına çox oxşayır. O da atası kimi qısa saqqal saxlayır və başına “pakol” adlanan yun papaq qoyur. 

Babasının izinde Taliban’a karşı 2. ‘Pencşir Aslanı’

Bu günlərdə Fransanın “Ekspress” nəşrində oğul Əhməd Məsudun çağırışı məktubu dərc edilib. O yazır: “Əfqan xalqı, mücahidlər, dünyanın hər yerindəki azadlıq dostları! Əfqanıstanda tiranlıq zəfər qazandı. Qabil inləyir, ölkəmiz zəncirləndi. Lakin hər şey bitmədi. Köləliyi rədd edən bütün azad əfqanları ölkəmizin iztirab içərisindəki son azadlıq qalası olan Pəncşirdə mənə qoşulmağa çağırıram”.

“Mili qəhrəman və komandan olan atam Məsuddan əfqanların azadlığı üçün mübarizəsini miras almışam. Bu mübarizə artıq mənimdir, geri dönüşü yoxdur. Silahdaşlarım və mən ölməkdə olan ölkəmizin son azad bölgəsi olan qalamız Pəncşirdə, köləliyi rədd edən bütün bölgələrdən və qəbilələrdən olan əfqanları bizə qoşulmağa çağırıram”.

 

Türkiyənin “Hürriyet” nəşrində Musa Keslerin Əfqanıstan müqavimətinin yeni lideri olan Əhməd Məsud və adını daşıdığı, mübarizəsini davam etdiyi atası barəsində qələmə aldığı yazını diqqətinizə çatdırırıq.

 

Musa Kesler: “Atasının yolunda! “Taliban”a qarşı II Pəncşir Aslanı”

Musa Kesler

“Əfqan-sovet müharibəsinin əfsanəvi komandanlarından olan Əhməd Şah Məsud “Taliban” və “Əl Qaidə” ilə də mübarizə aparıb. 2001-ci il sentyabrın 9-da bomba atılması nəticəsində öldürülüb. Bununla da “Əl Qaidə” ilə “Taliban”ın qarşısı daha da açılmış olub. İndi “Pəncşir Şiri” kimi xatırlanan Əhməd Şah Məsudun 32 yaşlı oğlu “Taliban” ilə mübarizəyə hazırlaşır.

Əfqanıstan əsrlərdir ki, qarmaqarışıq müharibələrin kögləsində qalan bir ölkəyə çevrilib.  Əhməd Şah Məsud 1953-cü ildə Pəncşir vadisində dünyaya gəldiyi zaman ölkə nisbətən sakit dövrdə idi. 1933-cü ildə taxta çıxan Məhəmməd Zahir Şahın 40 illik səltənətinin dinc günlərində idi. Çox davam eləmədi, ABŞ-Sovet çəkişməsi Əfqanıstana da çatdı.

Əhməd Şah Məsud 1870-ci illərdə Səmərqənddən köçmüş köklü bir ailəyə mənsub idi. Atası oxumağı sevən bir hərbçi idi. Mövlanənin, Qəzalinin, Möhyəddin Ərəbinin, Sədinin, əsərləri həmişə baş guşədə idi. “Xorasan Ərənləri” vasitəsi ilə bir ucu Anadoluya çatan təsəvvüf mədəniyyətinə bağlı idilər. Məsud bu tərbiyə ilə yetişmişdi. Mühəndislik təhsili aldığı Kabul Politexnik İnstitutunda dostlarına Məsnəvidən hissələr oxuyurdu. Universitet illərində siyasi vəziyyət daha da canlanmışdı. O, Müsəlman Gənclər Təşkilatına daxil oldu. Sonradan hər biri Əfqanıstan-SSRİ müharibəsində müsbət-mənfi cəhətləri ilə irəli çıxacaq bir çox məşhur adla həmin illərdə tanış oldu. Hakimiyyətə qarşı üsyançı mövqedə idilər. Məsud radikallıq tərəfdar olanların əksinə, daha mülayim qruplara daxil old.

 

“Mövlanə, Çörçill”

 

1979-cu ildə Sovet İttifaqı Əfqanıstan işğal edib hakimiyyəti ələ keçirdiyi zaman Məsud artıq silahlı qüvvələrə rəhbərlik edən bir partizan komandan idi. Pəncşir rayonunda ruslara yol vermədi. 80-ci illərin ortalarında artq adı əfsanələşmişdi. “Pəncşir Aslanı” kimi şöhrət qazanmışdı. Beynəlxalq mətbuat da onu yaxından izləyirdi. Sıldırım, çətin və keçidsiz coğrafiyanın heç unudulmayacaq siması idi.

Çantasından kitablar əskik olmazdı, əsgərlərinə şeirlər oxuyan bir komandan idi. Bir tərəfdən İmam Qəzalini xətm edir, bir tərəfdən də De Qoll ilə Çörçillin xatirələrini oxuyurdu. Braziliyalı jurnalist Pepe Eskobar illər sonra onu “İnancı Pəncir şəftalısı qədər yumşaq idi” ifadəsi ilə təsvir edəcəkdi.

 

Taliban təhlükəsini dünyaya ilk dəfə o çatdırdı

 

Əhməd Şah Məsud həmişə “Taliban” ilə mübarizə aparıb. Müzakirələrdən də qaçmayıb. “Taliban” heyəti ilə görüş zamanı onlara demişdi: “Xalq sizi həqiqətən də istəyirsə, gəlin seçkilərə gedək, nəticəyə hamımız razı olaq”. “Taliban” ən çox ondan qorxurdu. Beynəlxalq miqyasda da boş dayanmazdı. ABŞ-a, Fransaya və bütün Avropaya “Taliban”ın necə bir təhlükə doğuracağını anlatmağa çalışırdı. O bunları edərkən Pakistandakı Əfqanıstan səfiri öz gündəliyinə bu sözləri yazırdı: “Məsud adlı bir adam var, dünya üçün savaşır, lakin dünyanın bundan xəbəri yoxdur. Bu adam gecəsini gündüzünə qataraq, qlobal terrorçuluğa çevriləcək terrorçuluğa qarşı savaşır, amma heç kim bilmir. Məsud ilə yoldaşları tək qalıblar”.

 

Qadınların oxuyub həyatın içərisində olmasını istəyirdi

 

1989-ci ildə sovetlərin məğlubiyyətindən sonra 1991-ci ildə kommunist rejimi yıxıldığı zaman Kabula ilk daxil olan Əhməd Şah Məsud oldu. Bütün əfqanları təmsil edən demokratik idarəçiliyin qurulmasını istəyirdi. Daxili çəkişmə və döyüşlərdən qorxurdu. Çünki 12 illik müharibə dövründə dünyanın dörd bir yanından “cihad” üçün döyüşçülər gəlmişdilər. Bu qruplaşmaları nə fiziki, nə də mənəvi cəhətdən nəzarətdə saxlamaq mümkün deyildi. Məsudun həm siyasi dünyagörüşünə, həm də dini inancına zidd olan qruplar artıq Əfqanıstanda idilər. Vəhhabi-sələfi qruplar və onların fərqli bir çaları olan “Taliban” da onların arasında idilər.

 

Qadınlar prioritetdir

 

Keçid prosesi ağrılı idi. Məsud islahatların aparılması yolu ilə ölkənin yaralarına dərhal məlhəm qoyulmasını istəyirdi. Onun üçün təhsil və qadınlar prioritet idi. Uşaqlar ən yaxşı şəkildə təhsil alacaq, qadınlar tibb, hüquq, siyasət və mühəndislik kimi sahələrdə oxuyub əfqan cəmiyyətinə xidmət edəcəkdilər. Qəzali Mədəniyyət Fondunu qurdu. Amma artıq daxili müharibə başlamışdı. Sovetləri məğlub eləmiş “mücahidlər” indi bir-biri ilə döyüşürdülər. Məsudun diplomatik cəhdləri faydasız oldu. Daha “Taliban” da meydanda idi.

 

“Allahdan uzaqdırlar”

 

Sovet müharibəsi dövründə Pakistandakı mədrəsələrdə təhsil almış tələbələr təşkilatlanaraq müharibəyə daxil olmuşdular. Qatı və radikal dini görüşləri var idi. Onlarda Məsudun Mövlanədən oxuduğu mərhəmət, şəfqət, tolerantlıq və ədalətdən əsər-əlamət yox idi. Məsud onları “Allahdan uzaq mərhəmətsiz insanlar” kimi təqdim edirdi. Özü ənənələri qorusa da, müasirlikdən də kənarda qalmırdı. Prinston Universitetindən olan professor Mişel Barri yaxından tanıdığı Məsud barəsində belə yazmışdı: “Tamamilə islam ənənələrinə əsaslanan parlamentar bir hökumət quruluşu, dünyəvi nizam, qadınlar və kişilər üçün bərabərlik və Qərb demokratiyası tərəfdarı idi. İnanclı müsəlman idi. Din onun üçün siyasi vasitə deyildi, din onun üçün son dərəcədə dərin təslimiyət idi”.

 

11 sentyabr hadisəsindən 2 gün əvvəl…

 

1996-cı ildə “Taliban” Kabulun kandarında olduğu zaman Əhməd Şah Məsud onlarla son dəfə danışdı. Lakin razı sala bilmədikdə, Kabulun yeni bir müharibə ilə yenidən xaraba qalmasını istəmədiyi üçün geri çəkildi. “Şimal İttifaqı”nın lideri olaraq Pəncşirdə mübarizəsinə davam elədi. 2001-ci il 9 sentyabr tarixinə qədər.

O, “Taliban”, “Əl-Qaidə” və törəmələri üçün sadəcə hərbi güc olaraq deyil, həm də düşüncə və ideolojiyası baxımından da böyük bir əngəl idi. Özlərini müsahibə üçün gələn jurnalist kimi təqdim edən iki sui-qəsdçi tərəfindən qətlə yetirildi. Ölümündə həm əsas düşməni “Taliban”, həm də Üsamə Bin Laden ittiham edildi. Amma qətli sifaril verənin kimliyi hələ də bəlli deyil. Onu tanıyan xarici jurnalist və araşdırmaçılara görə fanatizmə, radikallığa qarşı belə bir nümunənin olmasını istəməyənlər tərəfindən aradan götürülüb. Öldüyü zaman 12 yaşında olan oğlu Əhməd Məsud indi Pəncşirdə “Taliban” ilə mübarizəyə hazırlaşır… Əhməd Məsud “Taliban”a təslim olmayan yeganə bölgə olan Pəncşirdə “Müqavimətə qoşulun” çağırışları edib, ölkənin bir çox nöqtələrində nümayişlər başlanıb.

 

İngiltərədə təhsil alaraq ölkəsinə qayıdıb

 

Oğul Əhməd Məsud Əfqanıstanın qızğın döyüşlər içərisində olduğu bir şəraitdə, 1989-cu ildə dünyaya gəlib. Bəzən atasının yanına, dağlara aparılırdı. Bu kiçik uşağı Məsudun qucağında görənlərdən çox az adam onun övladı olduğunu bilirdi.

Babasının izinde Taliban’a karşı 2. ‘Pencşir Aslanı’

Milliyətcə tacik olan ailəsi ilə bir müddət Tacikistanda yaşayıb. Atasının öldürüldüyü zaman 12 yaşında idi. Dəfn mərasimində təmkinli və soyuqqanlı görünüşü ilə diqqəti cəlb edib. Amerikalı jurnalist Sebastyan Junger o günlərdə müsahibə aldığı Əhməd Məsudu belə təsvir eləmişdi: “Cəmi 12 yaşı vardı, amma yaşından böyük biliyi və qavrama qabiliyyəti var idi. Özünün də bir gün Əfqanıstana liderlik eləmək vəzifəsini yerinə yetirmək üçün çağrıla biləcəyini çox yaxşı başa düşürdü. ABC kanalından iki nəfərlə birlikdə idim. Hamımızın nitqi tutulmuşdu.  Bu, sanki Budda, yaxud da gənc Dalay Lamadan müsahibə almaq kimi bir şey idi”.

Əhməd Məsud Tacikistandakı ilk təhsilindən sonra bir müddət Məşhəddə oxuyub. Rusların təhsil vermək dəvətini nəzakətlə rədd edib. Daha sonra İngiltərədəki Sanherst Krallıq Hərbi Akademiyasında təhsil alıb. Sonra 2012-ci ildə Londondakı ən qədim və nüfuzlu universitetlərdən olan Kinq Kollecdə oxuyub. Beynəlxalq siyasət üzrə magist təhsili alıb. 2016-cı ildə Əfqanıstana qayıdaraq siyasətə qoşulub. Atası kimi Mövlanə təliminin ardıcılıdır və Əfqanıstanın birliyinin tərəfdarıdır. Bütün gücün Kabulda toplanmasına qarşıdır. Təhsil və istisadiyyat siyasətinə üstünlük verir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*