Müsavat fəalı qətlə yetirildi, polis iş yoldaşını saxladı – DETALLARbackend

İtkin düşmüş Müsavat partiyası fəalının qətlə yetirilməsi məlum olub.

Daxili İşlər Nazirliyindən KONKRET.az-a bildirilib ki, itkin düşmüş Natiq Mehdi Məhəmməd oğlu ilə bağlı polis daxil olmuş müraciət üzrə araşdırma aparıb.

1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlu iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsi ilə əlaqədar əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən Elsevər İslamov saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Natiq Mehdi Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*