ŞAD XƏBƏR: Evlər sökülərkən vətəndaşlara bu qədər kompensasiya veriləcəkbackend

ŞAD XƏBƏR: Evlər sökülərkən vətəndaşlara bu qədər kompensasiya veriləcək

Bakıda və digər iri şəhərlərdə söküntü və yenidənqurma prosesləri genişləndikcə, plana düşən evlərə görə vətəndaşlara ödənilən kompensasiyalarla yeni tikililərin satış qiymətləri arasındakı fərq müzakirə mövzusuna çevrilib. Tikinti şirkətləri yeni mənzillərin bir kvadratmetrini 2000 manatdan və daha yüksək qiymətə satışa çıxardığı halda, plana düşən evlər üçün niyə 1500–1600 manat civarında kompensasiya təklif olunur?

Mövzu ilə bağlı KONKRET.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, tikinti şirkətlərinin vətəndaşlardan mənzil alarkən tətbiq etdiyi qiymət siyasəti əsasən onların daxili prosedurları əsasında formalaşır:

qaynarinfo.az

“Tikinti şirkətlərinin investisiya proqramları çərçivəsində vətəndaşlardan mənzil alarkən həyata keçirdiyi ödəmələr və qiymət siyasəti birbaşa şirkətlərin daxili qaydaları ilə tənzimlənir. Burada klassik satınalma prosesi getmir və kənardan müstəqil qiymətləndirici də cəlb olunmur. Şirkətlər ərazi üzrə mövcud vəziyyəti nəzərə alaraq qiymətləndirmə aparırlar. Məsələn, həmin ərazidə yeni tikilidə mənzilin satış qiyməti 2000 manatdan yüksək ola bilər, lakin mövcud bazarda köhnə mənzillərin real satış qiyməti 1500 manat səviyyəsindədir.

Bəzi tikinti şirkətləri ədalətsiz yanaşmalara yol verirlər. Digər tərəfdən, bəzi vətəndaşlar da məsələyə subyektiv yanaşır və düşünürlər ki, şirkət yeni mənzili hansı qiymətə satırsa, eyni məbləği kompensasiya kimi ödəməlidir. Halbuki burada əsas məsələ bazar dəyərinin düzgün müəyyən edilməsidir”.

Ramil Osmanlının sözlərinə görə, problemin həlli üçün ən optimal variant müstəqil qiymətləndiricilərin prosesə cəlb olunmasıdır:

“Ədalətli çıxış yolu qiymətləndiricilərin iştirakı ilə bazar qiymətlərinə uyğun kompensasiya məbləğinin müəyyən edilməsidir. Belə olduğu halda nə vətəndaş narazı qalar, nə də qarşı tərəf. Mənim əsas təklif etdiyim məqam isə əvəzləşdirmə mexanizminin tətbiqidir. Əgər sökülən ərazidə yeni bina tikilirsə, vətəndaşa da əvvəlki mənzilinə uyğun sahədə yeni mənzil verilməsi daha doğru olar”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*