Müsəlmanları müdafiə edən Baş Nazir yenə qalib gəldibackend

Müsəlmanları müdafiə edən Baş Nazir yenə qalib gəldi

Kanadanın Baş Naziri Castin Trüdonun rəhbəri olduğu Liberal partiya ölkədə keçirilən parlament seçkilərində qalib gəlib.

KONKRET.AZ-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Kanadanın Milli Seçki Komissiyasından bildiriblər.

Məlumata əsasən, liberallar seçicilərin 33,6 faiz səsini toplayaraq 338 dairədən 158-də qalib gəliblər. Kanadanın Konservativ partiyası 119 dairədə qalib gələ bilib (34,1 faiz). Üçüncü yerdə 33 dairədə (8.7 faiz) qalib gələrək “Kvebek bloku” qərarlaşıb.

Qeyd edək ki, Kanadada ümumilikdə 338 seçiki dairəsi mövcuddur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*