Hüquq-mühafizə orqanları külli miqdarda rüşvət almaqda şübhəli bilinən Rusiya İstintaq Komitəsinin xüsusi əhəmiyyətli işləri üzrə müstəntiqini Moskvada saxlayıblar.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi Komitənin paytaxt ofisindən əldə edib.
Ehtimal olunur ki, fevralın 4-də müstəntiq hüquq-mühafizə orqanlarından 4,3 mln.rubl məbləğində rüşvət alıb.
Qeyd edilir ki, rüşvət alan müstəntiq İstintaq Komitəsinin Moskvanın Şimal-Şərq inzibati dairəsinin İdarəsində işləyir.
Onun ad və familiyası ictimaiyyətə bildirilmir.
İstintaq davam edir.
Babək Göyüş
KONKRET.az
