Nadir yenidən “Avroviziya”ya getmək istəyirbackend

Nadir yenidən "Avroviziya"ya getmək istəyir

“Avroviziya 2022” təmsilçimiz Nadir Rüstəmli yenidən beynəlxalq müsabiqəyə qatılmaq istəyir.

KONKRET.az xəbər verir ki, bu barədə sənətçi “Səhərin səsi” proqramında danışıb. O, müsabiqəyə getmək üçün təklif gözlədiyini bildirib:

“Bununla bağlı izləyicilərimlə problem yaşadım. Gələn il müsabiqəyə gedib-getməyəcəyimlə bağlı suallar verdilər. Dedim ki, ardıcıl olaraq getmək istəmirəm. Amma pərəstişkarlarım məndən incidilər. Sonra bildirdim ki, səhv başa düşüldüm. İkinci dəfə təklif gələrsə, gedərəm. İstəyərəm yenidən çıxış edim. Bəzi şeylər ürəyimdə qalıb. Amma bunun 2023 və ya başqa illərdə olacağını bilmirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*