KONKRET.az xəbər verir ki, qətlin kim tərəfindən törədildiyi hələlik açıqlanmasa da, istintaqda mühüm irəliləyiş var.
Ailənin telefon dinləmələri və aparılan araşdırmalar sübut edir ki, Narinin öldüyü gün – avqustun 21-də onun yaxınları mütəşəkkil fəaliyyət göstəriblər. Onlar Narinin qətlini gizlətmək üçün birlikdə hərəkət ediblər.
Məlum olub ki, ailə üzvləri təqib olunduqlarını anlayanda tədbir görməyə başlayıblar. Ailənin kişilərinin iştirak etdiyi ən azı yeddi toplantının keçirildiyi müəyyən edilib. Burada danışıqların eşidilməməsi üçün yüksək səslə musiqi səsləndirilib.
Müəyyən edilib ki, əmi Səlim Güranın göstərişi ilə Hediye Güran, Maşallah Güran və ana Yüksel Güran evdəki xalçaları ən azı iki dəfə yuyublar. Yuma işini baldız Hadiyye Güranın təşkil etdiyi müəyyən edilib.
Narinin getdiyi məktəbin açarı Güran əmidədir. Onun məktəbə getdiyi və təhlükəsizlik kamerası görüntülərinə baxdığı öyrənilib.
Kameraların sərt diskləri müsadirə edilərək ekspertizaya göndərilib. Silinmiş məlumatların bərpası üçün səylər davam edir./Publika.az