Rusiya Xarici Kəşfiyyat Xidmətində “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərindəki terror aktında Qərbin izini göstərən materiallar var.
KONKRET.az “TASS”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin məlumat verib.
“Bizdə artıq bu terror aktının təşkilində və həyata keçirilməsində Qərbin izinə işarə edən bəzi materiallar var. Qərb bu beynəlxalq terror aktının əsl icraçılarını və təşkilatçılarını gizlətmək üçün hər şeyi edir”, – Narışkin əlavə edib.
O xatırladıb ki, Rusiyada qaz kəmərlərində baş verən partlayışlarla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərində eyni vaxtda insidentlər baş verib. Danimarka və İsveç səlahiyyətlilərinin məlumatına görə, Bornholm adasının yaxınlığında “Şimal axını”nda iki və “Şimal axını 2”də bir qaz sızması aşkar edilib. Almaniya, Danimarka və İsveç hadisənin təxribat olduğunu istisna etmir.
İqbal Rzayev,
KONKRET.az
