NATO-nun bu addımı Çini QƏZƏBLƏNDİRDİbackend

NATO-nun bu addımı Çini QƏZƏBLƏNDİRDİ

Şimali Atlantika Alyansı Asiya-Sakit Okean regionunda sülh və əmin-amanlığı məhv etmək istəyir.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Rusiyadakı səfiri Çjan Hanhuey bildirib.

O, NATO-nun BMT Nizamnaməsindən kənara çıxdığını və planetdə sülhün möhkəmləndirilməsi ilə məşğul olmadığını vurğulayıb.

Onun sözlərinə görə, Asiyada sülhün hökm sürməsinə baxmayaraq, NATO orada hərbi təlimlər keçirməyə çalışır. Bu yolla Alyans Asiyada gərginliyi artırır və qarşıdurma yaradır.

“NATO Avropanı çaşdırmaqla Asiya-Sakit okean regionunda sülh və əmin-amanlığı məhv etmək istəyir”, – deyə səfir bildirib.

Daha əvvəl Hanhuey qeyd edib ki, Ukrayna müharibəsinin kəskinləşməsinin əsas səbəbi NATO olub. Onun sözlərinə görə, 30 ildən artıqdır ki, NATO Kosovo, Əfqanıstan və Liviyada olduğu kimi sabitliyi məhv edir və separatizmlə məşğul olur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*