NATO üzvü ölkələrə Rusiyanın Ukrayna ilə sərhəddə nüvə sınağı keçirə biləcəyi barədə xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb.
Bildirilib ki, Rusiya hakimiyyəti kütləvi qırğın silahlarından istifadə etməyə hazır olduqlarını nümayiş etdirmək istəyir.
NATO-nun yüksək rütbəli rəsmisinin sözlərinə görə, Putin nüvə silahından istifadə edərsə, bunu Qara dənizdə həyata keçirəcək.
Qeyd edək ki. Vladimir Putinin əmri ilə Rusiya ordusunun strateji çəkindirmə qüvvələri fevralın 27-dən xüsusi döyüş növbətçiliyi rejiminə keçirilib.
İqbal Rzayev,
KONKRET.az
