Rus müxalifətçisi Aleksey Navalnının anası və vəkilləri onun cəsədinin saxlanıla biləcəyi meyitxanaya girə bilməyiblər.
KONKRET.az Britaniya mediasına istinadən xəbər verir ki, onların meyitxanaya daxil olmasının qarşısı alınıb.
Vəkillərdən biri “anası sözün həqiqi mənasında qovulub” deyib. Meyitxana əməkdaşları isə Rusiya müxalifət liderinin cəsədinin harada olduğu ilə bağlı suallara cavab verməkdən imtina ediblər.
Xatirə SADİQ,
KONKRET.az
