Naxçıvanda ağır yol qəzası – Polis mayoru öldübackend

Naxçıvanda ağır yol qəzası - Polis mayoru öldü

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.

KONKRET.az report-a istinadən xəbər verir ki, yol qəzası bu gün səhər saatlarında Naxçıvan-Batabat magistral yolunun Vayxır kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Şahbuz istiqamətindən Naxçıvan istiqamətinə hərəkət edən avtomobilin dərəyə aşması nəticəsində 1982-ci il təvəllüdlü Zahid Zəfərov və 1971-ci il təvəllüdlü Bəxtiyar Şirinov hadisə yerində ölüb.

İlkin versiyaya görə, hadisəyə səbəb yağıntılı hava şəraitində sürət həddinin aşılmasıdır.

Naxçıvan MR DİN-in mətbuat xidmətindən bildirilib ki, qəzada dünyasını dəyişən 1982-cil il  təvəllüdlü Zahir Səfərov polis mayoru olub, rayon RPŞ-də xidmət edirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*