backend

Naxçıvanda baş vermiş yol qəzasında ölənlərin sayı səkkizə çatdı

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 8-ə çatıb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, qəza nəticəsində xəsarət almış daha 6 nəfərdən ikisi bu gün dünyasını dəyişib. Belə ki, reanimasiyada olan 1992-ci il təvəllüdlü Cəlil Musa oğlu Əliyev və 2018-ci il təvəllüdlü Xanlar Torğul oğlu Sultanov vəfat edib.

Qeyd edək ki, faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*