Naxçıvanda fəhlə tikinti zamanı ÖLDÜbackend

Naxçıvanda fəhlə tikinti zamanı ÖLDÜ

Naxçıvanda fəhlə tikinti zamanı ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat Ordubad Rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, avqustun 26-da 1980-ci il təvəllüdlü İlham Hüseynov Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun başlığının ona dəyməsi nəticəsində vəfat edib.

Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin başvermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*