Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndində avtomobil qəzası nəticəsində qaz xətti zədələnib.
KONKRET.az xəbər verir ki, hadisə bu gün səhər saat 08:30 radələrində baş verib.
Minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində xətt yararsız hala düşüb.
