Naxçıvanda qəzada xəsarət alanların kimliyi məlum oldu – YENİLƏNİB-2backend

Naxçıvanda qəzada xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB-2

Naxçıvanın Kəngərli rayonunda baş verən qəzada xəsarət alanların adları məlum olub.

KONKRET.az xəbər verir ki, onların 4-ü reanimasiyada, 2-i isə travmatalogiya şöbəsindədir.

Qəzada xəsarət alanlar aşağıdakılardır:

1993-cü il təvəllüdlü Əliyev Cəlil Musa oğlu, 1994-cü il təvəllüdlü Sultanova Elmira Əlirza qızı, 2003-cü il təvəllüdlü Cəfərova Zəhra Fərman qızı, 2013-cü il təvəllüdlü Sultanlı Fəridə Fariz qızı, 2014-cü il təvəllüdlü Sultanlı Səlim Fariz oğlu və 2018-ci il təvəllüdlü Sultanov Xanlar Toğrul oğlu.//APA

***

10:59

Naxçıvanın Kəngərli rayonunda baş verən qəza zamanı ölən 6 nəfərdən 5-nin kimliyi məlum olub.

KONKRET.az xəbər verir ki, ölən şəxslər aşağıdakılardır:

1960-ci il təvəllüdlü Cəfərova Sahiyə Əsəd qızı, 1973-cü il təvəllüdlü Sultanov Xanlar Şəmil oğlu, 1996-cı il təvəllüdlü Oruclu Amil Akif oğlu, 2000-ci il təvəllüdlü Əlizadə Hikmət Rövşən oğlu və 2020-ci il təvəllüdlü Əlisultanov Fateh Fariz oğlu.

***

08:23

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər dünyasını dəyişib.

Qəza zamanı habelə avtomobillərdə olan bir neçə sərnişin ağır xəsarətlər alıb.

Yaralılar Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzanın səbəbi, ölən və yaralıların kimliyi müəyyənləşdirilir.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*