Naxçıvanda Türkiyə vətəndaşları arasında kütləvi DAVAbackend

Naxçıvanda Türkiyə vətəndaşları arasında kütləvi DAVA

Naxçıvan Muxtar Respublikasında Türkiyə vətəndaşı olan bir qrup şəxs arasında kütləvi dava-dalaş olub.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə vaxtı Naxçıvan Dövlət Universitetinin tələbələri olan 1999-cu il təvəllüdlü U.Dost və S.Abdulrahim döyülüb. Xəsarət alan tələbələrə tibbi yardım göstərilib.

İlkin araşdırma zamanı onların Türkiyə vətəndaşı olan 1997-ci il təvəllüdlü F.Demir və 2001-ci il tvəllüdlü Y.Subaşı tərəfindən xuliqanlıq zəminində döyülməsi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*