Nazir 16 yaşlı oğlana sms yazdı, işdən çıxarıldıbackend

Nazir 16 yaşlı oğlana sms yazdı, işdən çıxarıldı

Şotlandiyalı nazir Derek Makkey 16 yaşlı oğlanla yazışdıqdan sonra istefa verib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı “The Guardian” nəşri yayıb.

Yerli saytların biri 42 yaşlı Makkeyin yeniyetmə ilə yazışmasını dərc edib.

Nazir onu “qəşəng oğlan” adlandırıb və yeni saç düzümünü müzakirə edib. O, həmçinin yeniyetməni şam yeməyinə və qonaq kimi parlament tədbirinə dəvət edib.

Makkey öz hərəkətlərinə görə tam məsuliyyəti öz üzərinə götürüb, oğlan və onun ailəsindən üzr istəyib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*