Alar Karisin Rusiya ilə dialoqa başlamaq istəyi həm Avropa, həm də Estoniyanın xarici siyasətinə ziddir və əksinə, Vladimir Putinə öz tələblərini, şərtlərini və ultimatumlarını irəli sürmək imkanı verir.
KONKRET.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ölkə Prezidenti Alar Karisin Rusiya ilə gələcək dialoqun zəruriliyi və müharibənin əvvəlində “qaçırılmış imkanlar” barədə mövqeyini tənqid edərkən deyib.
“Həmçinin 2022-ci ilin fevralından sonra hansısa şəkildə atəşkəsin əldə oluna biləcəyi fikrinə gəlincə, Alar Karisə xatırlatmaq istərdim ki, həmin vaxt Putin Ukraynanın suverenliyi və ərazi bütövlüyü, eləcə də NATO kontekstində bizim öz azadlıq və təhlükəsizlik təminatlarımız barədə ultimatumlar irəli sürmüşdü”, – deyə Tsahkna bildirib.
