Nazir rəisi təqaüdə göndərdi – FOTObackend

Nazir rəisi təqaüdə göndərdi - FOTO

İmişli Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib.

KONKRET.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun bununla bağlı əmr imzalayıb.

Müvafiq əmrlə polis şöbəsinin rəisi, polis polkovniki Füzuli Şixəliyev son yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Qeyd edək ki, Füzuli Şixəliyev 2018-ci ilin avqust ayında Beyləqan rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunaraq, İmişli rayon Polis Şöbəsinin rəisi təyin edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*