Nazirlik bir ədəd oturacağı 1593 manata alıb – TENDERbackend

Nazirlik bir ədəd oturacağı 1593 manata alıb – TENDER

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi “Provide Solutions” MMC olub.

KONKRET.az xəbər verir ki, mərkəz 150 ədəd mühərrikli təkərli oturacağa görə “Provide Solutions” MMC-yə 238 min 950 manat ödəyəcək.

Rəqəmlərdən göründüyü kimi, oturacağın bir ədədi 1593 manatdır.

Nizamnamə kapitalı 10 manat olan “Provide Solutions” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə, ev 9, mənzil 96-da yerləşir. Şirkətin qanuni təmsilçisi İntiqam Abid Əliheydər oğludur.

  • Vüqar
    Noyabr 30, 2023 - 06:09

    Yaz da bu qiymətə bahadı yoxsa ucuz??xalg da bilsin

  • Fəxrəddin
    Noyabr 30, 2023 - 09:01

    Dövlətdən daha çox oğurlamaq üçün qiymətlərin şişirdilməsi həmişə ƏƏSM-ninköhnə peşədir…..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*