KONKRET.az xəbər verir ki, avqustun 26-da Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov şəhid Orxan Həmidovun ailəsi ilə görüşüb.
Görüş zamanı Mehman İsmayılov Azərbaycan xalqının Vətən uğrunda canını fəda edən şəhidlərimizin xatirəsini hər zaman uca tutduğunu bildirib. O qeyd edib ki, Orxan Həmidov da öz qanı bahasına torpaqlarımızın azad olunması uğrunda iştirak edərək şəhidlik zirvəsinə ucalıb. Vətən, torpaq yolunda canını qurban verənlərin xatirəsi qəlbimizdə daim yaşayacaq, onların şücaəti Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaq.
M.İsmayılov Azərbaycan dövlətinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, onların üzləşdikləri problemlərin həlli istiqamətində görülən işlərdən də danışıb.
Şəhidin anası Tamella Məmmədova, öz növbəsində, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışaraq minnətdarlığını bildirib.
Şəhid ailəsinə yardım paketləri təqdim olunub.
Sonra M.İsmayılov və şəhidin ailə üzvləri Orxan Həmidovun məzarını ziyarət edərək xatirəsini anıblar.