Nazirlik: Şəkidə tutulan ayı reabilitasiya mərkəzində müalicədədirbackend

Nazirlik: Şəkidə tutulan ayı reabilitasiya mərkəzində müalicədədir

“Bir neçə ay əvvəl Şəkidə tutulan ayı reabilitasiya mərkəzində müalicə olunur”.

KONKRET.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı” verilişində yaralı heyvanlara nəzarətlə bağlı sualı cavablandıran Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Firudin Əliyev deyib:

“Bir neçə ay əvvəl Şəkidə tutulmuş ayının aqibəti  çoxlarını maraqlandırır. Bildirmək istəyirəm ki, həmin ayı hazırda nazirliyin reabilitasiya mərkəzində müalicə olunur. Karantinlə bağlı olaraq vətəndaşların reabilitasiya mərkəzinə girişinə icazə verilmir. Ayını görmək istəyənlər Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə gələrək, videosuna baxa bilərlər”.axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*