Necə anlayaq ki, uşaq məktəbdə narahatdır? –  Dörd əlamətbackend

Necə anlayaq ki, uşaq məktəbdə narahatdır? -  Dörd əlamət

Əksər hallarda uşaq məktəbə getmək istəmir, cünki onun üçün daha maraqlı telefon və kompüterdə vaxtını keçirmək, yaxud da küçədə öz dostları ilə oynamaqdır. Bunlar ilk baxışdan sadə görünsə də, problem daha ciddidir. Əksər hallarda uşaq üçün məktəbdə olmaq diskomfort yaradır. Bu isə təhsildə ciddi problemlərdən biridir.

Tapşırıqları catdırmamaq

Əksər hallarda valideynlər “Sonra gec olacaq”, “Yaxşı oxumasan, sənin üçün pis olacaq, imtahanlarını verə bilməyəcəksən”  və  sair bu kimi məsələlərlə elə qorxudurlar ki, bu, uşaqda təhsilə qarşı sevgisizlik duyğularına gətirib çıxarır.

“Nəyə lazımdı oxumaq?”

Uşaqlar, xüsusən yeniyetmələr, ətraflarında olan hər şeyə şübhə ilə yanaşırlar. Oxumağın nəyə lazım olduğunu başa düşmürlər, çünki oxumaqdan başqa ətrafda daha əyləncəli şeylər var. Uşaqlar vaxtlarını və enerjilərini maddi faydalar və mükafatlar görmədikləri bir şeyə sərf etmək istəmirlər.

Bu vəziyyətdə şagirddən məktəbdə çətinlik çəkdiyini soruşmaq, müəllimlərin onunla necə rəftar etdiyini və sinif yoldaşlarının onu başa düşdüyünü maraqlanmaq lazımdır. Uşaq mənfi xatirələrini bölüşdüyü zaman onu dəstəkləmək lazımdır. Yaxşı qiymətlər və ya nailiyyətlərə görə kiçik mükafatlar onların oxumaq arzusunu gücləndirəcək.

“Oxumaq çox çətindir”

Bu cür ifadələr işlətməkdən valideynlər çəkinməlidir. Uşağı qorxutmaq və qarşısında çətin bir yolun olduğu ilə bağlı hələ tələsik, sərsəm fikirlər səyləməyə dəyməz. Hər şeyi zaman keçdikcə, onlar anlayacaqlar. Siz yanlız individual qaydada uşaqlarınıza motivasiya verin

Uşaq məktəbdə əldə olunan bacarıqların onun üçün nə qədər vacib olacağını başa düşə bilmir. Bəzən müəllimin qınağı və yaxud da hər hansı bir obyektin səhv başa düşülməsi uşağun oxumağa həvəsini öldürmək üçün və məktəbin onun üçün qarşısıalınmaz bir şey olduğunu anlamaq üçün kifayətdir. Bu vəziyyətdə uşağa diqqət göstərmək və hər şeyin o qədər də çətin olmadığını göstərmək lazımdır. Araşdırmaq lazımdır ki, hansı fənlər  və misallar onun üçün problem yaradır və əslində onların olduqca sadə olduqlarını göstərmək lazımdır.

“Ev tapşırıqları bezdirib!”

Uşaq həmişə çətinliklə ev tapşırıqlarını yerinə yetirir. Əvvəlcə o bir az dincəlib sevimli məşğuliyyətinə diqqət yetirir, sonra dostları onun dalınca gəlib həyətdə oynamağa çağırırlar. Belə vəziyyətdə ana uşağının qrafikini düzgün müəyyən etməlidir.

Leyla ŞİRMƏMMƏDOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*